Xəyyallarımı reallaşdıranım

in #steemit3 months ago

5 ildirki platformadan uzaqdayam. İstərdim yenidən qayıdım və yeni mövzularla vaxt aşırı paylaşımlar edim. İlk mövzum isə Həyatımda baş verən dəyişikliklər və dəyərlim üçün olsun.
Yazılarımda, axtarışlarımda, yuxularımda, gəzdiyim yerlərdə, hər şeydə axtarıb həsrətini çəkdiyim və bir birimizə ən çox ehtiyac duyduğumuz anda rastlaşdığımız , həmin andan etibarən həyatımı öz gözəlliyi ilə rəngarəng edən Dəyərlim.
Çox xəyalpərəst birisi olduğumu yazılarımda da qeyd etmişdim. Ancaq mən xəyallarla dolu dünyama reallıq gətirdim. İlk dəfə sevməyi və sevilməyi , bir qadına inanmağı və güvənməyi , həmçinin ona verdiyim bütün hisslərin qarşılığını hiss etdiyim anda xəyalların xəyal olaraq qalmadığını gördüm.
Allah bir insanın qəlbinə istək qoyubsa deməkki onu verəcəkdir. Mənim istəyim tamda o idi. Zamanla gec olmayaraq fərqinə vardıq və ikimizdə ömrümüzün ən doğru qərarını verdik.
Bir-birimizə inandıq, güvəndik, sevgimizi qəlbimizdə möhürlədik və önümüzdə olanda əngəlləri aşaraq, məsafələri qısaldaraq qədərimizdə yazılı olan bu həyat yoluna birlikdə addımlar atdıq.
Heç zaman ümüdümüzü itirmədik . Ən önəmlisidə elə bu idi. Ümüdsüzlük hərşeyin məhvinə gətirib çıxarır. Buna yol verməsən əgər məqsədinə çatarsan.
2 illik bir həyat hekayəsinin yazılarla anlatmaq mümkün deyildir. Ama senari olaraq söyləyə bilərəmki adımızı soyadımızı öyrəndiyimiz 2 il öncədən indiyə kimi keçən zamanı artıq soyadımı daşıyacaq bir həyatın tam başlanğıcındayıq.
Sevdiyim Qadın ilə yeni bir dönəmin başlanğıcındayıq, ailə həyatı qururuq və ailə məsuliyyətini üstlənmə zamanındayam.
Xəyallar bir gün real, yuxular bir gün gerçək, dualar birgün qəbul olur. Allah hər kəsə ən xeyirlisini və gözəlini nəsib etsin...